Tramp və Klinton reytinqini müəyyənləşdirmək üçün sorğu keçirilib
03.11.2016 764 0.0 0

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibi, demokratların namizədi Hillari Klintonu Nevada və Arizona ştatlarında, Klinton isə öz növbəsində Florida və Pensilvaniyada öndədir.

 

Məlumata görə, bu CNN telekanalı  və ORC şirkəti tərəfindən keçirilən son sorğuda bəlli olub.

 

Arizona ştatında rəyi soruşulanların 49%-i Trampa, 44%-i isə Klintona səs verməyə hazır olduqlarını bildirib. Nevadada Trampın üstünlüyü 6%-a çatıb. Milyardçıya 49%, sabiq dövlət katibinə respondentlərin 43% səs verməyə hazırlaşır.

 

Ənənəvi olaraq demokratlara üstünlük verən Pensilvaniya ştatında H.Klinton 48%  ilə rəqibini dörd faiz qabaqlayır. Floridada isə Klinton 49% ilə Trampı cəmi iki faiz qabaqlayır.

 

Noyabrın 2-də ABC telekanalı ilə “Washington Post” qəzetinin keçirdiyi ümummilli sorğunun nəticələrinə əsasən, hər iki namizəd 46%-lik dəstək əldə edib. 

 

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar