Tramp Rusiyanı ABŞ-ın təhlükəsizliyinə əsas təhlükələr sırasına daxil etməyib
21.12.2016 694 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizliyinə
əsas təhdidlər sırasına Rusiyanı daxil etməyib. 
 
Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə məlumatı “Foreign policy” nəşri ABŞ Müdafiə Nazirliyinin xidməti hesabatına istinadən yayıb.
 
D. Trampın keçid administrasiyasının hazırladığı “Müdafiənin prioritetləri” adlı sənədə İŞİD-lə mübarizə və onun məhv edilməsinə dair strategiyanın işlənib hazırlanması, müdafiənin gücləndirilməsi, kibertəhlükəsizliyə dair hərtərəfli strategiyanın hazırlanması və Pentaqonun işinin səmərəliliyinin artırılması daxildir. Sənəddə Rusiyanın adı çəkilməyib. 

Qeyd edək ki, hazırkı ABŞ administrasiyası və Pentaqon rəhbərliyi Rusiyanı ABŞ-ın milli təhlükəsizliyinə təhdidlərdən biri sayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar