Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini yenidən tənqid edib
23.12.2019 90 0.0 0

ABŞ prezidenti Donald Tramp, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Senatda impiçment prosedurunun şərtlərini respublikaçılara diktə etməyə çalışmaqda ittiham edərək tənqid edib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Dəli Nensi, bu impiçmentin yalan şərtlərini Senatdakı respublikaçıların əksəriyyətinə diktə etmək istəyir. Eyni zamanda, bütün proseduralardan imtina edir - əksəriyyəti demokratların təşkil etdiyi Palataya vəkillər və şahidlərı çağırmır. Demokratlar bunun bitməsini istəyirlər. Onların araşdırması ölüdür və reytinqləri dəhşətlidir!”.

Bu arada, impiçmentlə bağlı sorğu keçirilib. “ABC” və “The Washington Post” tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 49% -i Konqresin Trampa impiçment etməsini, 46% faizi isə etməməsini bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar