Tramp bu ölkələrdən gələn qaçqınların qəbulunu dayandırır
26.01.2017 866 0.0 0

ABŞ müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır.
 
“AP” agentliyinə istinadən verlən xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp qərar verib.
 
Məlumata əsasən, ABŞ-a  getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) vizaların verilməsi müvəqqəti olaraq dayandırılacaq. Suriyadan olan qaçqınların qəbulu tamamilə dayandırıla bilər.
 
2016-cı ildə ABŞ 85 min qaçqın qəbul edib, onların arasında 12,5 min suriyalı olub.
 
Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar