Tarix: 07.12.2016,   Saat: 12:34, Çərşənbə.          

Tramp Azərbaycanda nə qədər pul qazanıb?

Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığını açıqlayıb. Məlum olub ki, Tramp özü yalnız "Trump" adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.

Söhbət Azərbaycandakı təmtəraqlı Trump International Hotel & Tower Baku mehmanxanasından gedir.

Qazeta.info Virtualaz.org -a istinadla bildirir ki, bir müddət öncə Amerika KİV-nə istinadən Azərbaycanda Donald Trampla əlaqəli ən azı beş obyektin olduğu barədə məlumat yazılmışdı. Bu arada qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün Trampın ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinə göndərdiyi hesabatların yalnız birində Bakının adı 21 dəfə xatırlanır (Yeri gəlmişkən, orada Yerevan və ya Ermənistanın adı çəkilmir)!

Amerika nəşri ProPublica-nın yazdığı kimi, bütün bunlar əxlaq üzrə hüquqşünasların və ekspertlərin diqqətini çəkib. Çoxları hesab edirlər ki, hüquqi nöqteyi-nəzərdən Trampın xarici lisenziya razılaşmaları ABŞ Konstitusiyasını - hansının ki müddəaları prezidenti istənilən pul mükafatının, vəzifənin və ya titulun qəbulundan çəkindirir,- poza bilər. Konstitusiyanın pozulması isə impiçmentə gətirib çıxara bilər.

Ancaq bir "əmma" var. "Biz Trampın müddəaları pozduğunu necə biləcəyik?”-deyə ProPublica nəşri sual edir. Və özü də cavab verir: “Heç cür. Hər şeydən əvvəl informasiyanın açılması üzrə prezidentlərə qoyulan məhdudiyyət tələbinə görə”.

Bundan başqa Tramp, ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinin tələblərinə uyğun olaraq, 2018-ci ilin mayına qədər öz aktivləri, gəlirlər, hədiyyələr və qiymətli kağızların portfelləri üzrə illik kompleks hesabatı hazırlamaya bilər.



  Bölmə: Xəbər | Baxış sayı: 590 | Tarix: 30.11.2016, 11:33


Xəbərlər