TQDK məlumat yaydı-bu abituriyentlər müsabiqədənkənar qəbul olunacaq
12.05.2015 649 0.0 0

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin nəzərinə!
Qazeta.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər:

1)    ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti; 
2)    müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu). 

Sənədlər aşağıda göstərilən tarixdə təqdim olunmalıdır: 
05 – 18 may tarixlərdə - V qrup. 

Qeyd: Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar. 

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar