Toy karvanı qəzaya uğradı, ölən və yaralananlar var-FOTOLAR
14.08.2016 754 0.0 0

Tərtərdə toy karvanında qəza baş verib.
 
Məlumata görə, hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.
 
Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı  “Niva” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Mercedes”  markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.
 
Ağdam MRX-dan verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
 
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır./apa/ 

 

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar