Tovuzdakı yanğının təfərrüatı: Məşhur şəxsin bacısı öldürülərək yandırılıb- Ailədə 8 AYDA 3 ÖLÜ
24.02.2018 1422 2.0 0

Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.Qazeta.info  Lent.az -a istinadla xəbər verir ki, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

 

Əldə edilən məlumata görə, meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş.

 

Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar