Tovuzda ağır yol qəzası baş verib, ölən var
07.11.2016 656 0.0 0

Tovuzda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə rayonu Həzi Aslanov küçəsində qeydə alınıb. Rayon sakini, 1964-cü il təvəllüdlü Şakir Sultanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol gedərkən, özünü pis hiss edib və maşını hərəkətdə olan yük avtomobilinə çırpılıb. Nəticədə “VAZ”-ın sürücüsü aldığı xəsarətdən ölüb. Hadisəyə Ş. Sultanovun ürək tutmasının səbəb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar