Telefon-rabitə xəttini kəsərək oğurlayan şəxs saxlanılıb-Video
10.03.2022 279 0.0 0

Xəzər rayonu Qala qəsəbəsində 220 metr telefon-rabitə xəttini kəsərək oğurlayan şəxs saxlanılıb

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına istinadla bildirir ki, Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb. Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib. Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. 
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar