Taliban açıq şəkildə xəbərdarlıq etdi: `Bu, ciddi problemlər yaradacaq`-Video
17.11.2021 337 0.0 0

Əfqanıstanda hakimiyyətdə olan Talibanın xarici işlər nazirinin müavini Əmirxan Müttəki ABŞ Konqresinə açıq məktub göndərərək bildirib ki, Amerikanın Əfqanıstanın bank hesablarını dondurması heç bir problemi həll etməyəcək.

Məlumata görə, ABŞ-ın qərarının Doha razılaşmasına zidd olduğunu deyən Müttəki əfqan xalqının ölkədə uzun illər davam edən müharibədən sonra təhlükəsizliyini təmin etdiyini, amma hazırda əsas narahatlığının ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalar olduğunu qeyd edib.

 

Müttəki ABŞ-dan Əfqanıstanın hesablarını açmasını istədiklərini, əks halda Əfqanıstan xalqı və hökumətinin çətin vəziyyətə düşəcəyini bildirib.

O, Əfqanıstandakı vəziyyətin belə davam edəcəyi təqdirdə bunun bölgədə və dünyada genişmiqyaslı köçə yol açacağını bildirərək, bunun dünya üçün humanitar və iqtisadi böhrana səbəb ola biləcəyini vurğulayıb.

“Əfqanıstanın hesablarının dondurulması və iqtisadi sanksiyaların tətbiqi səhiyyə, təhsil və digər ictimai xidmətlərə mənfi təsir edir. Bu, Əfqanıstan xalqının ziyanınadır”, - Müttəki deyib.

Müttəki ABŞ-ı Əfqanıstandakı humanitar və iqtisadi böhranın həlli üçün məsuliyyətli addımlar atmağa çağırıb.

O vurğulayıb ki, Taliban bütün dünya ölkələri, o cümlədən ABŞ-la müsbət əlaqələr qurmağa hazırdır.

/Teleqraf.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar