Tailand parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib
29.11.2016 546 0.0 0

 Tailand parlamenti vəliəhd Maha Vatçiralonqkon Mahidolu kral taxtına çıxmağa rəsmən dəvət edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, parlamentin iclası "Thai PBS" dövlət telekanalı vasitəsilə canlı yayımlanıb.

Parlamentin sədri vəliəhdin dəvət edilməsinin qaydasını söylədikdən sonra bütün deputatlara ayağa qalxaraq taxtın yeni sahibini alqışlamağı təklif edib. Deputatlar ayağa qalxaraq bir ağızdan "Yaşasın kral!" deyə qışqırıb.

Xatırladaq ki, Tailandın kralı Phumipon Adulyadet oktyabr ayının 13-də 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 9 iyun 1946-cı ildən taxtın sahibi olub və bu uzunmüddətli idarəçilik baxımından dünya rekordçusu kimi tarixə düşüb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar