Tahir Kərimli: `Barəmdə yazılanlar şər böhtandır` - VİDEO
19.01.2022 666 0.0 0

Millət vəkili Tahir Kərimli mətbuatda barəsidə yazılanlara etiraz edib.

Qazeta.info xəbər verir ki, Millət vəkili Tahir Kərimli mətbuatda və sosial şəbəkələrdə ona qarşı yazılan fikirlərə etiraz olaraq video şıxışla münasibət bildirib. 

Qohumlarının vəzifədə işləməsi və biznesinin olması haqda fikirlərə münasibət bildirən, T. Kərimli qardaşı oğlunun polis rəisi olmasını etiraf edərək bildirib ki, ailədə 8 bacı-qardaş olublar, indi həmin bacı qardaşların ümumilikdə 50 yə yaxın iş qabiliyyəti olan övladları var. Amma bu qohumlardan cəmi 1-2 nəfər işləyir, qalanı isə işsizdir. Bunların isə heç bir rəhbər vəzifədə işləmir. Millət vəkili bu qohumların içərisində ən vəzifəlisi isə özünün olmasını açıqlayıb.  Heç bir biznesinin, villasının olmadığını bildirən millət vəkili, doğulduğu rayonunda taxtadan balaca bir evinin olmasını da arzu etdiyini bildirib. Amma buna imkan olmadığını qeyd edib. Beləliklə Millət vəkili barəsində yayılan xəbərləri şər böhtan adlandırıb.

Sözü gedən videonu oxuçulara təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar