Taekvondoçumuz dünya çempionatında yarımfinala yüksəlib
30.06.2017 762 0.0 0

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

 

Belə ki, 80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani bu mərhələyədək bütün rəqiblərinə qalib gəlib. İlk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb – 18:7.

 

Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, final üçün moldovalı Aaron Kukla qarşılaşacaq.

 

Qeyd edək ki, 1 gün öncə yarımfinala vəsiqə qazanan Məhəmməd Məmmədov (63 kq) final üçün bu gün dayanq üzərinə çıxacaq. O, iranlı Mirhaşim Husseyni ilə döyüşəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar