Təhsil müəssisələrində 20 Yanvarla bağlı xüsusi dərslər keçiləcək
17.01.2022 268 0.0 0

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Məlumata görə, əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.
Əmrdə həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, seminarların, kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi tapşırılıb.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar