Təhsil krediti verilən eyni ailə üzvlərinin sayı açıqlanıb
07.04.2022 364 0.0 0

Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşmiş təhsil tələbə krediti ilə bağlı statistik göstəricilər açıqlanıb.

Bildirək ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, 47 ailədən 94 tələbəyə sosial, 50 ailədən 101 tələbəyə isə standart təhsil tələbə krediti verilib.

O deyib ki, ümumilikdə 97 ailədən 195 tələbə kredit alıb. Eyni ailədən 3 tələbə olan ailə sayı 1, 2 tələbə olan ailə sayı isə 96-dır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar