Sürücülərin nəzərinə paytaxtda təmirə dayanmış bir neçə yol açıldı
04.06.2015 643 0.0 0

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC  tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyatın hərəkəti tam olaraq bərpa olunub.

Qazeta.info  "Azəryolservis" ASC-yə istinadla bildirir ki, təmir-tikinti işləri çərçivəsində küçənin 1200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Qeyd edək ki, Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa bildirək ki, davam etdirilən təmir-tikinti işləri çərçivəsində Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi, Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunub.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilirb. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.

         Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində anoloji təmir-tikinti işləri həyata keçirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar