Su kəməri partladı, şəhərin böyük hissəsi susuz qalıb
07.12.2015 515 0.0 0

 Xırdalan şəhərinin su təchizatında problem yaranıb.

 

Məlumata görə, bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.

 

"Azərsu" ASC-nin Qəza xidmətindən hadisə yerində olan əməkdaşın bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: "Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar