Stalin nə qədər maaş alırdı? – Akademiklərdən kasıb BÖYÜK LİDER - FOTOLAR
07.03.2017 1945 0.0 0

SSRİ rəhbəri İosif Stalin haqqında o qədər yazılıb ki, daha onunla bağlı hansısa yeni şeyləri bilməyin mümkün olmadığını düşünmək olar. Amma tədqiqatçıların diqqətindən həmişə hansısa xırda məişət şeyləri yayınır. Məsələn, Stalinin maaşı.
Qazeta.info
Publika.az Rusiya mediasına istinadən Stalinin nə qədər maaş aldığını təqdim edir.
Aydın olub ki, 1952-ci ildə İosif Stalinin maaşı aylıq 10 min sovet rublu təşkil edirdi. Stalin bu puldan partiyaya ödəmələr edirdi.
Aylıq 10 min rubldan başqa, İosif Stalin heç bir başqa gəlir mənbəyinə malik deyildi. Nə neft şirkətlərinin səhmləri, nə də xarici banklardan alınan faizlər. Buna görə də xalq yoldaş Stalini sevir və onun sadəliyi haqqında əfsanələr yaradırdı.
1947 və 1953-cü illərdə məhsullar və malların qiymətləri isə aşağıdakı kimi id:
Ağ çörək və çörək-bulka məmulatları (1 kq) - 5, 5 rubl / 3 rubl
Qara çörək - 3 rubl / 1 rubl.
Ət (mal əti) - 30 rubl / 12, 5 rubl
Balıq - 12 rubl / 7, 1 rubl
Süd (1 l) - 3 rubl / 2, 24 rubl.
Qaymaq yağı - 64 rubl / 27, 8 rubl
Yumurta (on ədəd) - 12 rubl / 8, 35 rubl
Şəkər - 15 rubl / 9, 4 rubl
Bitki yağı - 30 rubl / 17 rubl
Araq - 60 rubl / 22, 8 rubl
Pivə (0, 6 l) - 5 rubl / 2, 96 rubl
“Pobeda” avtomobili — / 16000 rubl
"Moskviç” avtomobili — / 9000 rubl
Ayaqqabı (cütlük, orta hesabla) - 260 rubl / 188, 5 rubl
Yun parça (1 m) - 269 rubl / 113 rubl
Təbii ipək - 137 rubl / 100 rubl
Aylıq ərzaq səbətinin dəyəri - 1130 rubl / 510 rubl
1953-cü ildə işçilərin əmək haqqı 800 rubldan 3000 rubla qədər təşkil edirdi. Şaxtaçılar və metallurq-staxanovçular o zaman aylıq 8000 rubla qədər alırdılar. Gənc mühəndisin əmək haqqı 900- 1000 rubl, böyük mühəndisin əmək haqqı isə 1200-1300 rubl təşkil edirdi.
Sovet İttifaqı Kommunist Partiyasının rayon partiya komitəsinin katibi aylıq 1500 rubl alırdı. İttifaq nazirinin maaşı 5000 rublu keçmirdi, professorlar və akademiklərin maaşı isə tez-tez 10000 rublu ötürdü.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar