Sosial şəbəkələrdə aktiv olan azərbaycanlılar oxusunlar-Diqqətli olun bunlar erməni profilləridir
04.04.2016 1596 0.0 0

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları düşmən tərəfindən aparılan informasiya müharibəsinə cavab verməyə çağırır. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin. Facebook və twitter sosial şəbəkələrində paylaşın, azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin” – deyə məlumatda bildirilib.

 

Qeyd olunub ki, məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin: “Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar