Son təxribat zamanı erməni tərəfi 20-dən artıq ölü və 100-ə yaxın yaralı verib
20.11.2021 319 5.0 0

Noyabrın 16-da genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğradı.

Qazeta.info bildirir ki,Trend məlumatlı mənbəyə istinadən xəbər verib ki, həmin təxribat zamanı erməni tərəfi 20-dən artıq ölü və 100-ə yaxın yaralı verib.

Qeyd edək ki, Ermənistan tərəfinin itkin kimi qeyd etdiyi şəxslər hələ də tapılmayıb.

Xatırladaq ki, noyabrın 19-da Azərbaycan tərəfi Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən daha üçünün cəsədini qarşı tərəfə verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar