Şok kadrlar: ana qızını təpiklə xilas etdi - VİDEO - FOTO
31.01.2017 1902 0.0 0

Kiçik qızının əlindən tutaraq liftə yaxınlaşan ana 5-ci mərtəbədəki mənzilə qalxmağa hazırlaşırdı. Ana və qızı liftin qarşısında duranda qadının mobil telefonuna zəng gəlib. Ana teefonla danışanda liftin qapıları açılıb və 3 yaşlı qız liftə minmək istəyib.

Qazeta.info Milli.Az-a istinadən bildirir ki, olay Malayziyanın Batu Uban şəhərindəki "Sunny Point" yaşayış kompleksində baş verib.

İşıq sensor qurğuları olmayan liftin qızını şikəst edəcəyini, hətta öldürəcəyini anlayan ana naçar qalaraq qızına təpik vuraraq onu kənara atıb, liftdən kənarlaşdırıb.

Ananın bu hərəkəti reflektiv olub.

Binanın mühafizəçisi Mo Adib deyib: "Ana əslində qəhrəmandır. O, qızını xilas edib.  Liftdə sadəcə, içəridən qapıları açmaq üçün düymə var. O qadın qızını zərbə ilə kənarlaşdırmasaydı, faciə baş verə bilərdi".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar