ŞOK İDDİA: Həkimsiz və dərmansız şəfa tapmaq mümkündür (FOTO)
13.07.2015 879 0.0 0

İnsan düşüncələrinin köməyilə ən ağır xəstəlikdən belə şəfa tapmağa və hətta özünün genetik kodunu dəyişmək bacarığına malikdir. Məlumata görə, bir qrup alim araşdırmalardan sonra bu nəticəyə gəlib.

Stenford universitetinin Tibb Mərkəzinin mütəxəssisləri böyük iradə qüvvəsinə malik bir qrup könüllü ilə uzun müddətli təcrübə aparıb. Alimlər bir faktı üzə çıxarıblar ki, təfəkkür bu və ya digər xəstəliklə mübarizəyə yönəldiyi zaman xəstələrdə bərpaolunmaz müsbət nəticələr baş verir.

 

İstənilən xəstəliyi güclü iradə ilə müalicə etmək olar


Alim Bryus Lipton düşücələr problemin həllinə düzgün köklənərsə bir çox ağır xəstəliklərin qarşısı alınmaq imkanı qazana biləcəyimizə əmindir. O, deyir ki, xəstəliklər zamanı güclü iradə böyük əhəmiyyət daşıyır. Belə ki, güclü iradə insanın nə barədə düşündüyü gücləndirir, bununla yanaşı xəstə insan məqsədli şəkildə özünün sağalacağı barədə düşünür və bununla da şəfa tapmaq şansı əhəmiyyətli dərəcə artır.
Bryus izah edib ki, insan təhtəlşüurun köməyilə öz orqanizmini idarə edə bilər, lakin buna mütləq və mütləq inanmaq lazımdır. İnsanlar əvvəldən özlərini özünümüalicənin qeyri-mümkünlüyünə kökləyiblər ki, bu da düzgün deyil.

 

Alim Bryus Lipton öz fikirlərini belə : Xəstəyə möcüzəvi təsirə malik həblər görkəmində içiboş dərmanlar verən bütün həkimlərə bu effekt yaxşı bəllidir".


Genetik alim Svetlana Borinski Bryus Liptonun fikirlərini qəbul etməir. O, öz fikrini belə əsaslandırıb: "Əgər özünütəlqin lazımi genlərin aktivliyinin dəyişdirilməsinə kömək etsəydi, o zaman Allaha inananlar və yoqlar onkoloji və ya ürək-damar xəstəlikləri ilə nadir hallarda xəstələnərdilər. Liptonun sözlərinə inansaq onlarda piylənmə və digər "sivilizasiya xəstəlikləri" olmazdı. Axı bu xəstəliklər genlərin aktivliyinin yanlış dəyişikliyi ilə əlaqəlidir".

 

Meditasiya Stiv Cobsu xilas etmədi...


Bryus Liptonun mülahizələrini inam kimi qəbul etmək olmaz. Bu ideyalar elmi araşdırmalarda sınanmayıb. Mənim bildiyim qədər, o, elmdən uzaqlaşıb... Yeri gəlmişkən, Stiv Cobsun məşhur tarixçəsini xatırlatmaq istəyirəm. O, cərrahiyyə əməliyyatı etdirmək lazım olan bir vaxtda mədəaltı vəzinin xərçəngini meditasiya ilə müalicə etməyə cəhd etdi. Stiv dəyərli vaxtını boşa sərf etdi. O, sonralar buna peşman olduğunu deyirdi. 
Stiv özünütəlqinlə müalicənin mümkünlüyü ideyasına çox inanırdı.
Hələki özünütəlqinin, inamın və ya hipnozun bütün xəstəlikləri müalicə etdiyini göstərən kliniki araşdırma yoxdur. Həqiqətən də psixoterapiya və ya yoqa ilə yaxşılaşma halları var. Psixologiji müşayiətin köməyilə ağır xəstəliklərin müalicə effekti yüksəlir və pasiyent özünü yaxşı hiss edir. Onlara xəstəliklə bağlı depressiyadan qaçmağa, gücün bərpasına imkan verir. Lakin bundan artıq ola bilməz!"/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar