Şok-Bu gün Azərbaycanda ayrı-ayrı rayonların 6 bələdiyyəsinin taxıl sahələrində yanğın baş verib
16.08.2015 573 0.0 0

Qazeta.info Bu gün Azərbaycanda ayrı-ayrı rayonların 6 bələdiyyəsinin taxıl sahələrində yanğın baş verib.

Belə ki, Fövqaladə Hallar Nazirliyinin məlumatına əsasən bildiririk ki, Qazax rayonu, Fərəhli kəndində bələdiyyəyə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahəsi yanğından mühafizə olunmuşdur. 

Bundan başqa, bu gün İsmayıllı rayonu, Ruşan kəndində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və İsmayıllı rayonu, İvanovka kəndində bələdiyyəyə məxsus ərazidə 40 ha biçilmiş taxıl sahəsi yanması haqda məlumat yayılıb

 

Qazeta.info əlavə olaraq bildirir ki, FHN-nin məlumatına görə, bu gün Quba şəhərində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxil sahəsi yanmışdır. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur.

Xəbərə görə , Şəmkir rayonu, Dəllər Cəyir kəndində bələdiyyəsinə  məxsus ərazidə də yanğın baş verib.Belə ki  Dəllər Cəyir kəndində bələdiyyəsinə məxsus 2 ha sahədə quru ot, 700 kv.m sahədə biçilmiş taxıl sahəsi yanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar