SOCAR Gürcüstandakı təbii fəlakətə görə yardım tədbirlərinə qatılıb
16.06.2015 580 0.0 0

SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə yardım edir
                               
                               
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.
Qazeta.info SOCAR-a istinadla bildirir ki, qurumun Gürcüstandakı strukturları da bu istiqamətdə görülən işlərdən kənarda qalmır. 

İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə SOCAR Energy Georgia şirkəti də fəal iştirak edir. Təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən SOCAR Energy Georgia zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırmışdır. Bundan əlavə Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunmuşdur. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar