Siyavuş Novruzov: «Müsavat Partiyasının mitinqi qanun pozuntusu ilə keçdi»
18.09.2016 777 0.0 0

"Müsavatın bu günkü mitinqi "Sərbəst toplaşmaq haqqında" qanuna və Seçki Məcəlləsinə uyğun deyildi. Çünki orda çıxış edənlər həm referenduma toxundu, həm də digər şəxslərin hüquq və azadlıqlarını pozdular".
 
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, mitinqə  çox az sayda adam gəlib: “Onlar da mitinq təşkikatçılatçılarının yaxınları idilər. Mən qeyd edim ki, bu mitinq qanun pozuntusu ilə keçdi, bunu deməyə ordakı insanların çıxışı əsas verir. Orda həqiqətə uyğun olmayan və Azərbaycanın bugünkü inkişafının görməyən, ona qara yaxan çıxışlar oldu. Hamı görür ki, Azərbaycan prezidenti cənab İlham Əliyev bu gün həm xaricdə, həm daxildə xalqın mənafeyinə uyğun siyasət aparır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar