Şimali Koreya rəsmisi: `ABŞ-la dialoq mümkünsüzdür`
10.08.2017 548 0.0 0

Rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu KXDR ordusunun yüksək rütbəli nümayəndəsi bəyan edib.

 

“Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”, deyə Şimali Koreya rəsmisi bildirib.

 

Son sutka ərzində ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar