HÖKUMƏT BAŞÇILARI FRANSAYA TOPLAŞIR-100 MİNLƏRLƏ İNSAN MEYDANDA(FOTOLAR)-YENİLƏNDİ
10.01.2015 812 0.0 0
 

Fransa daxilində yüz minlərlə adam  paytaxt Parisdə təşkil edilən terror hücumlarının qurbanlarını xatırlamaq üçün anım yerinə gəlib.

Parisdə həftəlik yumor jurnalı Charlie Hebdonun ofisinə təşkil edilən hücumda həyatını itirənlər üçün başda Nice, Pau, Orleans, Caen, Lannion, Nantes, Marsel və Tuluza olmaq üzrə Fransanın bir çox şəhərində anma gedişləri təşkil edildi. Fransa polisinin məlumatına  görə gəzintiyə ən az 200 min adam qatıldı.

 

                                                                       *****

 
Parisin “Vensen qapısı” məhəlləsində anım mərasimi təşkil olunub.

 

Hazırda “Yəhudi məhəlləsi” adlandırılan bu məhəllədə terrorçu Ahmet  Kulibalinin adamları girov götürdüyü və 4 girovu qətlə yetirdiyi mağazanın qarşısında anım mərasimi keçirilir.

 

Ərazi polis nəzarətindədir. Mağazanın içərisində polis təhqiqatı davam edir.

 

Parisdə hazırda çoxlu sayda beynəlxalq media qurumunun nümayəndəsi var. Onlar da hadisə yerinin qarşısında müşahidələr aparırlar. Ərazidə həmçinin terror qurbanlarının yaxınları ilə yanaşı Parisin və Fransanın digər yerlərindən gələnlər toplaşıb.

 

İlk terror hücumunun baş verdiyi “Charlie Hebdo” jurnalının redaksiyasının yerləşdiyi küçə də polis nəzarətindədir. Ərazidə hərəkət qismən məhdudlaşdırılıb.

 

Jurnalın əməkdaşları isə “Liberation” qəzetinin redaksiyasında fəaliyyətlərini davam etdirirlər. Onlar hələlik mediaya heç bir açıqlama vermirlər.

 

Bu gün “Charlie Hebdo” jurnalı “Liberation” qəzetinin redaksiyasında faciədən sonra ilk iş toplantısını keçirib. Jurnalın heyəti növbəti sayın gələn həftənin üçüncü günü çapdan çıxacağını elan edib. Bu sayın 1 milyondan artıq tirajla çap ediləcəyi və satılacağı gözlənilir. Redaksiya heyəti ilk geniş açıqlamanı da həmin sayda dərc edəcək. 

 

Müxbirimiz bildirir ki, Parisdə ümumilikdə sakitlik hökm sürür. Polis gücləndirilmiş iş rejimində çalışır. Bütün strateji obyektlər, böyük prospekt və küçələr polis nəzarətinə götürülüb.

 

Fransa sabah günortadan sonra bütün şəhərlərdə, xüsusilə Parisdəki Respublika Meydanında keçiriləcək həmrəylik mitinqinə hazırlaşır. Həmin nümayişdə Avropa İttifaqı ölkələrinin və digər tərəfdaş dövlətlərin dövlət və hökumət başçılarının, həmçinin Fransada akkreditə olunmuş diplomatik korpusun iştirak edəcəyi bildirilir.

 

Mitinqdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemiron, İtaliya baş naziri Mateo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Proşenko və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi artıq təsdiqlənib.//APA

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar