Şimal bölgəsinə qar yağır
12.03.2018 909 0.0 0

Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb.

 

 

Məlumata görə, Quba və Qusarı dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur - 6 dərəcəyədək düşüb.

 

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar