Silahlı Qüvvələrin komandanı: İran özünə lazım olan bütün hərbi texnikaları istehsal etmək gücünə malikdir
09.03.2017 878 0.0 0

“S 300 zenit raket  kompleksindən daha üstün kompleks istehsal etmişik və edirik”.

Məlumata görə,  bunu İran Silahlı Qüvvələrinin komandanı, general-mayor Ətaullah Salehi bildirib.

Ə. Salehi bu gün  Silahlı Qüvvələrin  təlim mərkəzində  çıxışı zamanı deyib ki, İran özünə lazım olan bütün hərbi texnikaları istehsal etmək gücünə malikdir.

O, İranla İraq arasında münasibətlər barədə danışarkən İranın İraqa mənəvi və intellektual yardımlar etdiyini qeyd edib.

 

Ə.Salehi onu da deyib ki, İngiltərənin regionla bağlı çirkin planları var və öz keçmiş planlarını yenidən gündəmə gətirib: “Onlar ABŞ və İsraillə birgə planlar qururlar. Biz  bunu yeni təhlükə adlandırırıq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar