Seulda Cənubi Koreya və KXDR arasında tarixi görüş başlayır
10.02.2018 783 0.0 0

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşmək üçün dövlət başçısının Seuldakı iqamətgahına gəlib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, Şimali Koreyanın nümayəndə heyətinə ölkə rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon başçılıq edir.

 

Məlumata əsasən, danışıqlardan sonra Mun Çje İn və Kim Yo Çjon hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nahar edəcəklər. Bu, KXDR liderinin ailə üzvünün Cənubi Koreyaya ilk səfəridir.

 

Bundan əvvəl Cənubi Koreyanın prezidenti və KXDR rəhbərinin bacısı Pxençxanda Qış Olimpiya Oyunlarının açılış mərasimində bir-birilərinin əllərini sıxıblar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar