Sergey Lavrov Bakıya gəlib
06.04.2016 634 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Məlumata görə, hazırda Bakıda Sergey Lavrovla Azərbaycan prezidenti İlham əliyev arasında görüş keçirilir.

Aprelin 7-də Azərbaycan paytaxtında Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Rusiya XİN-dən verilən məlumata əsasən, cümə axşamı Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçiriləcək.

Həmin görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində yaranmış son vəziyyət olacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar