Seneqal millisi Afrika Millətlər Kubokunda bir ilkə imza atıb
07.02.2022 339 0.0 0

Afrika Millətlər Kubokunun final oyununda Seneqal futbol millisi Misiri penaltılar seriyasında məğlub edib.

Məlumata görə, görüş Kamerunun Yaunde şəhərində keçirilib.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, penaltılar seriyasında seneqallılar daha dəqiq olub - 4:2.

Görüşün yeddinci dəqiqəsində seneqal futbolçusu Sadio Mane penaltını dəqiq yerinə yetirə bilməyib.

Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar