Seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılmasına ayrılan müddət başa çatır
20.08.2016 494 0.0 0

Sabah Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması üçün ayrılan müddət başa çatır.

 

Məlumata görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması prosesini başa çatdırmalıdır.

 

Sentyabrın 26-a təyin edilmiş referendumla əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar