Sarkisyan `İsgəndər` raketlərinin Ermənistanda peyda olması haqda suallara cavab verib
17.11.2016 1332 0.0 0

Ermənistan prezidenti Serj Sarkisyan "İsgəndər" zenit-raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Məlumata görə, RİA Novosti-yə müsahibəsində S.Sarkisyan həmin raket komplekslərinin yerləşdirilməsinin "zəruri addım" olduğunu deyib:

"Rusiyanın "İsgəndər" raket komplekslərinin Ermənistan ərazisində yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri addım idi".

S.Sarkisyanın sözlərindən aydın olur ki, bu komplekslər Ermənistana satılmayıb və ya hədiyyə olunmayıb.Sadəcə, Rusiya bu kompleksləri Gümrüdəki hərbi bazasında yerləşdirib.

Sarkisyan deyib: "Sirr deyil ki, Azərbaycan son illərdə yeni silahlar əldə edib. Biz Azərbaycanın malik olduğu maliyyə imkanlarına sahib deyilik. Bununla belə, vəziyyəti balanslaşdırmağa çalışırıq. Fikrimcə, “İsgəndər” raket kompleksləri məhz belə bir addımdır"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar