Sarımsağın saymaqla bitməyən inanılmaz faydaları
18.07.2015 1683 0.0 0

 


ABŞ alimlərinin apardığı araşdırma nəticəsində, sarımsağın sirrinin ona qoxusunu verən "allisin" maddəsində olduğu ortaya çıxıb.

Buna görə Allisin maddəsi, bədənə girdiyində parçalanaraq hidrogen sulfat yayır. Bu da nəfəsin və dərinin iy gəlməsinə səbəb olur.

Ancaq pis qoxusuna baxmayaraq bu maddə damarların genişlənməsini təmin edərək, yüksək təzyiqi da aşağı salır və qan dövranını sürətləndirir. Orqanlara daha çox oksigen daşıyaraq ürək üzərindəki təzyiqi azaltmağa köməkçi olur, qan təzyiqini aşağı salır.


Sarımsaq həm çiy halda, həmdə xörəklərdə bişirilmiş halda istifadə olunur.Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır.Bu baxımdan o həzm və nəfəs orqanları, ağciyər üçün daha faydalıdır.


Sarımsaq yemək iştahı artırır, qidanın həll olunmasına kömək edir, mədə rütubətini götürü və qatı qanı durulaşdırır.


Sirkəyə qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir, huşsuzluq, üz iflici, sinir və oynaq ağrıları kimi hallar müşahidə olunan insanlara tövsiyə edilir.Mədədə qurd yaranmasının qarşısını alır.Hamilə qadın sarımsaq istifadə etdikdə uşağın rəngi açıq və xoşagələn olur.


Sarımsağı qatıqla yemək iştahı açır, mədə və həzm üçün münasibdir.Ağır və gec həzm olan qidaları sarımsaqla yemək məsləhətlidir.


Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir, böyrək daşları hallarında da tövsiyyə olunur.Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.Onun qaynadaraq isti suyunda oturmaq sidik qovucu təsirə malikdir.


Lakin sarımsağı həddən çox işlətmək qana, gözə və babasilə ziyandır.Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.


Əsas problem- sarımsaq yedikdən sonra nəfəsinizdən iy gəlməməsi üçün bir az cəfəri və ya limon yemək məsləhət görülür.


Impotensiyanın qan dövranının pozulmasından asılı olduğunu nəzərə alsaq, sarımsaq kişilərə xeyirlidir.

 Sarımsaqdan mütamadi istifadə insanlarda xərçəng riskinin azalmasına kömək etməklə yanaşı həm də damarların divarlarına çökmüş xolestrinin səviyyəsini aşağı salır.

 

Xatırladaq ki, sarımsaqdan arıqlama vasitəsi kimi də istifadə oluna bilər.belə ki, bədəndə yığılan yağları yandırmağa yarayan və adamı formaya salan sarımsaqdan  çay hazırlamaq ilə incəcik bir görünüşə qovuşa bilərsiniz. Sarımsaq çayı içərək yağlarınızı daha sürətli bir şəkildə itirə bilər və bu sayədə daha asan bir şəkildə arıqlaya bilərsiz

Yağları əridən Sarımsaq Çayının Vəsaitlər:
Təzə zəncəfil və ya quru zəncəfil,
sarımsaq
Limon suyu, Bal.

Hazırlanması və icrası:
2 stəkan qaynayan suyun içinə 4-5 ədəd barmaq ucu böyüklüyündə təzə və ya quru zəncəfil qoyaraq təxminən 6 dəqiqə qədər qaynadın. Daha sonra qarışığın içinə 2 ədəd böyük və ya 3 ədəd kiçik sarımsağı rəndələyərək qatın. Yarım şirni qaşığı təzə sıxılmış limon suyu da əlavə edin. Ilıdıktan sonra 2 kiçik qəhvə qaşığı bal əlavə edin. Yağları əridən sarımsaq çayından hər səhər və axşam bir fincan için. Sarımsaq çayını çox ac ikən və ya çox toxken içmemelisiniz .

 

İdeal kilonuza qovuşana qədər bir neçə həftə müddətlə və göstərilən miqdarlarda istehlak etməyə davam edin. Yağları əridən sarımsaq çayı bağırsaqları işlətməsidir yanında yağları əridən təsiri ilə də zəifləməyə böyük bir qatqı təmin etməkdədir. Sarımsaq çayı içərək yağlarınızı daha sürətli bir şəkildə əridə bilər və bu sayədə daha asan bir şəkildə zəifləyə bilərsiz.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar