Samir Şərifov: Dövlət büdcəsinə dəyişikliklər çətinliklərin həllinə xidmət edəcək
23.02.2016 527 0.0 0

Azərbaycanın 2016-cı il dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklər xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsi, yeni iqtisadi çağışrışlarla bağlı maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək. Qazeta.info "Report"un verdiyi xəbərə əsasən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında büdcəyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərində qənaətə başlanılıb.
"2015-ci ilin büdcəsinin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud olub ki, həmin xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur", - deyə S.Şərifov əlavə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar