Şahin Mustafayev: «Dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcəkdir»
24.07.2015 566 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində  geniş kollegiya iclası keçirilmişdir.
Məlumata görə, İclasda bildirilib ki, görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artmış, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunmuş, ölkə iqtisadiyyatına 12,7 mlrd. manat həcmində investisiya qoyulmuşdur.
Qazeta.info
qtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə danışan Şahin Mustafayev bildirmişdir ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Artıq Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu rezidentlər tərəfindən 700 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçmişdir. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılmış və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verən nazir Şahin Mustafayev bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyini vurğulamış və qeyd etmişdir ki, bu sahədə qanunvericilik bazası yaradılmış, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanmışdır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcəkdir. Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcəkdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcəkdir.
Daha sonra , kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 mln. manat həcmində güzəştli kreditlər verilmişdir. Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
İclasda kənd təsərrüfatının inkişafının dövlət başçısının daim diqqət mərkəzində olduğu, ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan aqrar sahədə görülmüş məqsədyönlü tədbirlər nəticəsində məhsuldarlığın artdığı, 2015-ci ilin birinci yarısında 7,3%-lik artıma nail olunduğu vurğulanmışdır. Bildirilmişdir ki, hazırda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılmış, müasir suvarma sistemləri qurulmuşdur. Artıq fəaliyyətdə olan təsərrüfatlarda taxıl biçini başa çatdırılmış, hər hektarından 60 sentner arpa və 57 sentner buğda olmaqla yüksək məhsuldarlıq əldə edilmişdir. Bununla yanaşı, Şəmkirdə və Yalamada aqroparkların təşkili işləri davam etdirilir. Xızıda isə aqroparkın yaradılmasına başlanılmışdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, tikinti materialları istehsalının genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixracın artırılması, xaricdə logistik imkanların yaradılması, Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsinə başlanması, eləcə də Zığ gölünün təmizlənməsi üzrə hazırlıq prosesi müzakirə edilmiş və işlərin sürətləndirilməsi barədə Nazirliyin müvafiq strukturlarına göstərişlər verilmişdir.
Kollegiya iclasında bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qəbuledilməz olduğu vurğulanmış və bu cür halların qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması qərara alınmışdır.

 

 

Bununla yanaşı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl kredit bürolarının və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan müddətin, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün prosedur, müddət və xərclərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir.
İclasda Nazirliyin aidiyyəti struktur bölmələrinə vətəndaşların, o cümlədən sahibkarların müraciətlərinin diqqətlə öyrənilməsi və operativ tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilmiş, bu sahədə geniş müzakirənin təşkil olunması tapşırılmışdır.
Kollegiya iclasında cari məsələlər də müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar