Sabiq prezident namazdan imtina etdi-VİDEO
03.05.2016 655 0.0 0

Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər dostunun cənazə namazını qılmaqdan imtina edib. Məlumata görə, Necdət Sezər həyat yoldaşı Səmra Sezər ilə birlikdə dostu Burhan Özduralın dəfn mərasimində iştirak edib.

Ə.N.Sezər və B.Özdural məhkəmə sistemində bir yerdə işləyib. Sabiq prezidentin yaxın dostunun dəfn mərasimindəki hərəkəti bir çoxlarını çaşdırıb.

 

 

Belə ki, Sezər Kocatepe məscidində qılınan cənazə namazında iştitak etməyib. Bildirilir ki, 10-cu prezident deyib ki, namaz qılmağa ehtiyac yoxdur: “Burada dayanaq.”

Cənazə namazından sonra Sezər dəfn mərasiminə qatılan vətəndaşlar söhbətləşib. Jurnalistlərin suallarını cavablandırmayan sabiq prezident daha sonra xanımı Səmra Sezər ilə birlikdən məscidən uzaqlaşıb.


Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər həmçinin Konstitusiya Məhkəməsinin sədri olub. O, 1941-ci il sentyabr ayının 13-də Afyonkarahisar şəhərində anadan olub. 1958-ci ildə Afyon Litseyini bitirib.

1962-ci ildə Ankara Universitetinin Hüquq fakultetindən məzun olub və eyni ildə Ankarada hakim köməkçisi təyin olunub.

2000-ci il may ayının 16-dan 2007-ci il avqust ayının 28-nə qədər Türkiyənin Prezidenti olub. Sezərdən sonra ölkə prezidenti Abdulla Gül olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar