Sabiq prezident Məhəmməd Mursi həbsxanadakı şəraitindən şikayət edib
09.08.2015 452 0.0 0

Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitinin səhhətinə uyğun olmadığından şikayət edib.

 “Röyters”ə istinadən verilən xəbərə görə,  Məhəmməd Mursi tibbi müayinədən keçirilməsini tələb edib və həbsxana qidasının ona uyğun olmadığını bildirib. Misirin sabiq prezidenti şəkər xəstəliyi səbəbindən həbsxanada verilən  yeməkləri qəbul etməkdən imtina edib.  
 
Həbsxana rəhbərliyi Mursiyə kənardan ərzaq və qida gətirilməsinə icazə verməyib.   
 
Qeyd edək ki, Misir məhkəməsi sabiq prezident  Məhəmməd Mursi barəsində yekun hökm çıxararaq onu ölüm cəzasına məhkum edib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar