Sabiq prezident həbs edildi
31.10.2016 540 0.0 0

Salvadorun sabiq prezidenti Elias Antonio Saka Qonsales həbs edilib.

 

BBC-yə istinadən verilən xəbərə görə, o  çirkli pulların yuyulması və  külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.

 

Qonsaleslə birgə həmçinin Salvador hökumətinin 6 keçmiş yüksək rütbəli məmuru da həbs edilib.

 

Əvvəllər tanınmış jurnalist olan Qonsales 2004-2009 illərdə prezident postunu tutub.

 

Qeyd edək ki, bu ilin yanvarında Salvadorun digər eks-prezidenti Maurisio Funesə qarşı korrupsiya ittihami irəli sürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar