Sabahdan avtomobillərdə pərdə mövsümü başlayır - VİDEO
01.05.2017 733 0.0 0

Artıq sabahdan avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir. Əməkdaşlarımız bunu nəzərə alaraq avtomobil pərdəsi və jalyuz bazarını araşdırıb. Bu vasitələrdən istifadə zamanı da müəyyən qaydalara riayət etmək lazımdır. Qaydalar nədən ibarətdir və onu pozanları hansı cəzalar gözləyir.

Sabahdan etibarən avtombillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar.Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq.

Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

Artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir.

Satıcıların sözlərinə görə,ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.

Avtomobillərə plyomkaların vurulması isə qadağandır. Nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə veriləməyən ötrüklərin çəkilməsinə görə isə sürücülər 150 manat miqdarında cərimə olunacaqlar.AZS Standartdına əsasən avtomobilin ön şüşəsinin şəffavlığı minumum 75 fazi,qabaq yan şüşələr 70 faiz,arxa yan şüşələr isə 60 fazi olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək./Xezerxeber.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar