Sabah bu rayonlarda qaz olmayacaq
17.01.2017 1337 0

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Qazeta.info SOCAR-a istinadla bildirir ki, yanvarın 18-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Digər xəbərlər:
Şərhlər