ERMƏNİLƏR PROKURORLUĞU DAŞA TUTUR-YENİLƏNDİ -VİDEO
15.01.2015 1159 0.0 0

 

Ermənistanda etiraz aksiyaları zamanı yaralananlar olub.

Məlumata görə, Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalarda 12 nəfər xəsarət alıb.

Yaralılardan 8-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında polislər də var. 3 polis xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Polis əməkdaşları tərəfindən mühasirəyə alınan binaya nümayişçilər girməyə çalışırlar. Polislərə daş atan nümayişçilərə qarşı qaz bombalarından istifadə edildiyi də bildirilir. Polisin işıq bombalarından da istifadə etdiyi görüntülərdə yer alıb.

 

                                                                          XXXXX

Erməni ailəsinin 6 üzvünü qətlə yetirən rus hərbçisinin Ermənistana verilməsi ilə tələbi Gümrüdə keçirilən aksiya prokurorluq binasının daşa tutması ilə nəticələnib.
 


Məlumata görə, aksiya iştirakçıları Valeri Permyakovun məhkəməsini məhz ölkə hüquq-mühafizə orqanlarının aparmasını tələb ediblər.

Etirazçılar prokurorluq binasına dəvət edilsələr də, bundan imtina ediblər.

Bu zaman polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Etirazçılar binanı daşa tutublar.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar