Sabah bu rayonlarda qaz olmayacaq
05.05.2016 911 0.0 0

Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.


Qazeta.info SOCAR-a istinadla bildirir ki, mayın 6-da saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, “Qobu”, “Müşviqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Qaracalar”, ''Azadkənd'', “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Sabirabad rayonunun Azadkənd kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Abşeron rayonunun Qızıldaş, Güzdək, Müşviqabad, Ceyranbatan, Qobu, Hökməli, Sulutəpə, Xırdalan və Pirəküşkül qəsəbələrinin, həmçinin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar