Səudiyyə Ərəbistanında neft kəmərinə hücum nefti bahalaşdırıb
14.05.2019 505 0.0 0

Bu gün Bakı vaxtı ilə saat 16:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,57% artaraq 71,33 dollara yüksəlib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,46% artaraq bir barelə görə 61,93dollara bərabər olub.

Neftin qiymətindəki artım Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücumla bağlı xəbərlərlə əlaqələndirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar