PƏRVİZ MÜŞƏRRƏF TERRORLA MÜBARİZƏDƏ ABŞ VƏ QƏRBƏ GÜVƏNMƏDİKLƏRİNİ BİLDİRİB
19.12.2014 702 0.0 0

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf, terrorla mübarizədə ölkəsinin ABŞ və Qərbə güvənmədiyini söyləyib.

BBC 2-də yayımlanan "Newsnight" proqramına qatılan Müşərrəf Pakistanın Peşaver şəhərində əvvəlki gün meydana gələn məktəb basqını və terrorla mübarizə mövzularıyla əlaqədar açıqlamalar verib.

Müşərrəf 148 adamın həyatını itirdiyi məktəb basqınını, "Pakistan üçün qara bir gündür. Bu terror hücumunu reallaşdıranlar insan deyil. Bu şəxslərə" Müsəlman  deyilə bilməz. İnsan belə deyilə bilməz, bu kəslər heyvandır. Onları məhv etməliyik " kimi sərt açıqlamalar verib.

Pakistanın terrorla mübarizədə son dərəcə ciddi olduğunu ifadə edən Pərviz Müşərrəf ölkəsinin Taliban və Əl Qaidəyə qarşı hər zaman mübarizə verdiyini dilə gətirib. Mübarizə şəkliylə əlaqədar bəzən ABŞ ilə fikir ayrılıqları yaşadıqlarını ifadə edən Pərviz Müşərrəf, "ABŞ və Qərbin Pakistana müttəfiq olaraq güvənmədiyini" bağlı bir sualı belə cavabladı:

"Bizim də Pakistanda ABŞ-ı etibarlı görmədiyimizi bilirsinizmi? Hər Pakistanlı belə görür. Əfqanıstanda terror problemiylə mübarizədə öz üsullarınız oldu. Bizim də öz yöntəmlərimiz var. Bu səbəbdən mübarizə taktikalarını diktə etməklə olmaz. Bunlara uymadığımızda, bizim etibarlı olmadığımızı düşünürsünüz. Biz də sizin etibarlı olmadığınızı düşünürük. Strateji əməkdaşlıq etdikdən sonra terrorla mübarizə üsullarını bizə buraxın. Çünki hər ölkənin öz daxili dinamikası var. Terror problemi mövcud qaynaqlarımızla əlimizdən gəldiyincə mübarizə edirik "

Xatırladaq ki, Pakistanın Peşaver şəhərində Pakistan Talibanı terrorçularının əvvəlki gün bir məktəbə təşkil etdiyi hücumda, 132-si şagird olmaqla 148 nəfər həyatını itirmiş, 142 adam da ağır yaralnmışdı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar