«Şərq tərəfdaşlığı» XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub
18.08.2016 726 0.0 0

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub.
 
Məlumata görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq.  
 
Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar