Sərhəd-Keçid Məntəqəsində özbaşnalıq- 195 çağrı mərkəzi də şikayətə baxmır?
28.04.2016 853 0.0 0

Bu gün Qazeta.info saytına şikayət daxil olub. Bir qrup Biləsuvar sakini Biləsuvar Sərhəd-Keçid Məntəqəsində qarşılaşdığı məmur özbaşınalığından şikayətlənir.

Məlum olduğu kimi Biləsuvar və ətraf rayon sakinləri istər gündəlik, bəzi ərzaq ehtiyyaclarını təmin etmek ücün, istərsədə müalicə və xırda ticarət ilə məşğul olmaq məqsədi ilə illərdir ki, İrana üz tuturlar. Lakin son günlər Biləsuvar Sərhəd-Keçid Məntəqəsində baş verən məmur özbaşınalığı yerli camaatın və ətraf rayonlardan gələn sakinlərin haqlı narazılığına səbəb olub.

Qazeta.info-ya şikayət edən rayon sakinləri bildirir ki, ara -sıra dost tanış ilə birgə ailələrinin bəzi ərzaq ehtiyyacını təmin etmək üçün sərhədi keçərək İrana getməli olurlar. Lakin ötən gün sərhəddə qarşılaşdıqları hal demək olar ki, sözün əsil mənasında təəccüb yaradıb. Belə ki, şikayət edən şəxslərin verdiyi məlumata görə, Biləsuvar Sərhəd Keçid Məntəqəsindən onların İrana keçidi yasaqlanıb. Şikayətçi bildirir ki, problemin səbəbini araşdırarkən məlum olub ki, İrana 15 gündən bir getmək olar və həmin şəxslərin 15 günlük (qanunsuz tətbiq edilən) yasaq bitməyib. Lakin vətəndaşlar gömrük əməkdaşlarına insanların sərhəddən hər gün keçmək hüququnun olduğunu xatırlatsalar da bildirilib ki, "bizlik deyil rəis ( İlqar Abdullayev) belə göstəriş verib." kimi cavab alıblar.

Şikayətçilər daha sonra , "məsələ ilə əlaqədar 195 qaynar xəttə zəng etdik cavab isə bu oldu ki, "bəzi vətəndaşlar biznes məqsədi ilə İrana üz tutduğu üçün belə məhdudiyyətlər olur." Bizneslə məşğul olmadığını bildirməklə, "biznes qadağandirmi" sualini verilsədə ,qaynar xəttə bizim müraciətmizə baxan əmkdaş sualımıza cavab verməkdən yayındı.Sonra operator bildirdi ki, "Əlaqə saxlayaram problem həll olunar", amma həll olunmadi. Səbəb isə təbii ki, aydindir Monopolistlər imkan vermirlər." deyə bildirir.

Daha sonra, son günlər qeyd edilən problemdən təkcə onların deyil, bütün yerli camaatın əziyyət çekdiyini qeyd edən şikayətçi Biləsuvar sakinləri "Əgər mən hansısa ərzaqı özüm fərdi şəkildə daha ucuz qiymətə əldə edə bilərəmsə niyə görə məcbur edilməliyəm ki, onu kimlərdənsə qat qat bahasına gətirib mənə satsın?" deyə qeyd edir.

P.S . Qazeta.info bildirir ki, sözü gedən problemdən dolayı qarşı tərəflərində fikirlərini dinləməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar