Səfir: ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikdən danışmaq hələ tezdir
27.01.2017 758 0.0 0

ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişiklikdən danışmaq hələ tezdir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda Qadınların İKT Klubu - " Femmes Digitales" təşkilatı tərəfindən "AWITA 2017" mükafatlarının təqdimat mərasimində jurnalistlərə deyib.

Səfir bildirib: "Yeni hökumət hələ formalaşma mərhələsindədir. Prezident Donald Tramp əvvəl bəyan etmişdi ki, ABŞ-ın xarici siyasətində dəyişikliklər olacaq. Ancaq konkret dəyişikliklər haqqında danışmaq hələ çox tezdir".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar